26 iyun 2016 20:00
Azərbaycan Avroliqanın finalında!
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avroliqanın cavab yarımfinal görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri finala çıxmaq uğrunda Yunanıstanla mübarizə aparıb.
Bir gün öncə Bakıda rəqibini 3:1 hesabıyla məğlub etmiş millimiz cavab görüşündə də eyni uğuru təkrarlayıb. Nəticədə, voleybolçularımız finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Azərbaycan finalda Slovakiya ilə qarşılaşacaq.
Azərbaycan - Yunanıstan 3:1 (25:22, 9:25, 25:15, 25:16)
