12 oktyabr 2016 15:00

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, voleybol idman növü Azərbaycanda böyük ənənələrə məxsusdur.

Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi, voleybolda da yeniliklər baş verir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olduğunu qeyd edən nazir, federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldüyünü bildirdi.

Azad Rəhimov: “Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdır”.

Daha sonra voleybol federasiyasının vitse prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illlər görülmüş işlərin hesabatını verdi.

Səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında qeyd etdi ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin puşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq”.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub
Voleybol 27 iyun

Odina Bayramova: Nəticədən razı, oyunumuzdan narazı qaldım

Avroliqanın yarımfinalının 2-ci oyununda Yunanıstana 3:1 hesabıyla qalib gələn yığmamızın kapitanı Odina Bayramova matçdan narazı qalıb