20 iyun 2016 18:20
Azərbaycan Avroliqanın yarımfinalında Yunanıstanla qarşılaşacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Liqasının yarımfinalındakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız Yunanıstanla qarşılaşacaq.
Bu rəqiblə ilk görüş iyunun 22-23-də səfərdə, cavab görüşü isə ayın 26-da Bakıda baş tutacaq.
