14 oktyabr 2015 12:45

Lokomotiv supertransferə imza atdı

2015-2106 mövsümündə Çempionlar Liqasında və Superliqada qarşısına yüksək zirvələri fəth etməyi məqsəd qoyan "Lokomotiv" növbəti transferini reallasdırıb. Azerisport.az xəbər verir ki, komandanın mətbuat xidmətinin məlumatına görə, yeni transfer dünyada öz mövqeyində birinci olan və bütün komanda məşqiçilərinin arzusu olan dominikanlı libero - Brenda Kastiliyodur.

Ölkə voleybolsevərlərinə yaxşı tanış olan 23 yaşlı libero son 3 mövsümdə artıq tarixin yaddaşına köçmüş "Rabitə"nin şərəfini qoruyub. 167 sm boya malik ulduz oyunçu Dominikan milli komandasınında vazkeçilməz və əvəzolunmaz oyunçusudur.

Karyerası boyu bir çox uğurlara imza atan oyunçu çıxış etdiyi klublarda özünün liderlik xüsusiyyətini göstərməyi bacarıb. "Rabitə" ilə son üç ildə Azərbaycan çempionu olan libero bu müddət ərzində iki dəfə də dördlər finalında çıxış edib. Milli komandayla və çıxış etdiyi klublarla bütün turnirlərin ən yaxşı liberosu seçilib.

Milli komandanın tərkibində Pan-Amerika oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal, Mərkəzi Amerika və Karib hövzəsi oyunlarında 2 qızıl, 2009-cu ildə Tokyoda keçirilən Dünya Gran Prisində bürünc medallara sahib olan ulduz oyunçu ölkəsinin gənclər yığmasında da bir çox medallara sahib çıxıb.

"Rabitə" dagıldıqdan sonra bir çox klubların transfer siyahısında ilk yerlərdə qərarlaşan ünlü libero son anda bütün şərtləri dəyərləndirərək "Lokomotiv"lə karyerasını davam etdirməyə qərar verib. Artıq rəsmi müqaviləyə imza atan Brenda yaxın günlərdə komandanın düşərgəsinə təşrif buyuracaq.

Xatırladaq kı, bu transferlə komandada oyunçuların sayı 12-yə çatıb.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub