13 aprel 2015 17:00

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vuruldu

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Azerisport.az xəbər verir ki, "Neftçi" İdman Klubu İctimai Birliyinin komandası bütün rəqiblərindən üstün oyun nümayiş etdirərək Azərbaycan çempionu adını qazanıb.

Son turda "Neftçi" əsl əzmkarlıq göstərərək "Binəqədi" klubunu məğlub edib.Respublika Voleybol Mərkəzində təşkil edilən mükafatlandırma mərkəzində "Neftçi"nin üzvlərinə qızıl medallar və çempionluq kuboku təqdim olunub. "Binəqədi" klubuna gümüş, Hərbi Akademiyanın voleybolçularına isə bürünc medallar verilib.

Azərbaycan Super Liqasının çempionu "Neftçi" klubunun baş məşqçisi Elçin Orucov qələbə sevincini bizimlə bölüşüb: "Neftçi" dalbadal 7-ci dəfədir ki, Azərbaycan çempionu adını qazanır. Bu qələbə münasibətilə bütün neftçiləri, "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbərliyini və işçilərini, bizə hər zaman dəstək olan azarkeşlərimizi təbrik edirəm. Əlbəttə ki, bu kuboku qazanmağımızda onların da payı çoxdur. Voleybolçularımız əsl əzmkarlıq nümayiş etdirdilər. "Binəqədi" və "Nəqliyyat" komandalarına qarşı çətin oyunlarımız olsa da, bu görüşləri qalib başa vuraraq çempion olduq. "Neftçi"nin 6 üzvü milli komandanın heyətində çıxış edir. İnanıram ki, milli voleybolçularımız beynəlxalq yarışlarda da ölkəmizin idman şərəfini uca tutacaqlar".

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub