9 iyun 2014 13:44

Rabitənin voleybolçusu Azərbaycanı və azərbaycanlıları təhqir etdi!

Biz heç vaxt özümüzə hörmət etməmişik. İfrat qonaqpərvərliyimiz isə həmişə başımıza bəla olub. Başımıza çıxarmışıq gəlmələri, onlar da özlərini rahat hiss edib, oradan düşməyiblər. Ancaq iki gün əvvəl baş verən hadisə son damla oldu. Olmalıdı!

İyunun 7-də “Baku Fires” boks klubumuz WSB liqasının finalının ilk görüşündə Bakıda Sərhədçi İdman Kompleksində Kubanın “Cuba Domadores”i ilə qarşılaşırdı. “Rabitə”nin yeni transfer etdiyi kubalı voleybolçular da tribunalara təşrif buyurmuşdu. Əlbəttə, onların həmyerlilərinə dəstək verməsi ən təbii haqlarıdır. Buna görə heç kim onları qınaya bilməz. Ancaq...

5-ci döyüşün kubalı iştirakçısı Xulio Sezar La Kruz rinqə dəvət olunanda azarkeşlər rəqibi uğultu ilə qarşıladı. Bunu olduqca sərt qarşılayan “Rabitə”nin 4-cü zona oyunçusu Vilma Salas Rosell isə üzünü onlara tutub nümayişkaranə şəkildə orta barmağını göstərdi. Buna izah tapmaq çox çətindir. Çünki əvvəla, Vilma sıravi insan yox, peşəkar idmançıdır. Ola bilməz ki, karyerası boyunca heç vaxt azarkeş uğultusu ilə üzləşməsin. Görəsən, Salas o zaman da üzünü tribunalara tutub həmin ədəbsiz jesti edibmi? Bəlkə Rosellin “yuuuu” hayqırtısının təhqir ifadəsi yox, rəqibə təzyiq vasitəsi olduğundan xəbəri yoxdur? Belədirsə, onda icazə verin, bu voleybolçunun peşəkarlığına şübhə ilə yanaşaq. “Rabitə”yə məsləhət görürük ki, azarkeşlərin davranışlarının nə məna kəsb etdiyini anlamayan voleybolçusuna belə şeyləri başa salsın. Əks halda, sabah Çempionlar Liqasında keçirəcəkləri səfər oyununda da Vilma rəqib fanatlara qarşı eyni addımı atıb, özünü və komandasını pis vəziyyətdə qoya bilər.

Ən acınacaqlısı bilirsiniz nədir? Bizim klubdan aldığı yüzminlər hesabına gözünə işıq gələn, yeyib-içib kef çəkən və... MİLLİLƏŞDİRİLƏN voleybolçu bizə qarşı belə iyrənc hərəkət edir. Bundan o yanı ola bilməz. Bu, “rəzalət” sözünün belə, ucuz qaldığı andı. Bu da bizim qonaqpərvərliyin nəticəsi. Onu-bunu başımıza çıxarmaqla, oradan-burdan legionerləri ölkəmizə ürcah eləməklə, özümüzküləri heçə sayıb özgəsini əziz tutmaqla, gəldiyimiz son bax budu. Baxın, ey başbilənlər! Baxın və ortaya çıxardığınız sənət əsərindən zövq alın!

Hadisənin canlı şahidlərindən olan jurnalist həmkarımız Sərxan Musalı baş verənlər haqda fikirlərini belə açıqlayır: Bəlkə də aranızda “əşi, bir qələtdir edib, bəlkə ani hisslə hərəkət edib, final həyəcanıdır və sair”, tipli fikirləri beynindən keçirənlər var. Məhz belə düşünənlər olmasın, deyə səbirli davranıb sona kimi gözlədim. Kubalılar çempionluğu bayram edib qurtardıqdan sonra voleybolçuya yaxınlaşıb bu hərəkətinin izahını tələb etdim. Aldığım cavab isə dəhşət idi: “Bu, elə-belə şey idi. Bəs azarkeşlərin uğultu etməsi doğrudur?” Bu sözlərdən sonra matım-qutum qurudu. Bəlkə də Vilmanın vətənində hər hansı insan istədiyi an orta barmağını başqasına göstərə bilər. Bəlkə heç bu jest onlarda ciddi təhqir də sayılmır. Amma bizdə nəinki qadınların, heç kişilərin də bu davranışı etməsi bağışlanmır. Necə ki, Mahir Şükürov buna görə ictimaiyyətin kəskin tənqidi ilə üzləşib. 

Sonda üzümüzü ölkənin başqaları ilə müqayisədə daha peşəkar voleybol klubu olan “Rabitə”nin rəhbərliyinə tuturuq. Tərbiyədən, mərifət və qanacaqdan yoxsul oyunçunuzun başına ağıl qoyun, ondan izahat alın və bütün Azərbaycan xalqından üzr istəməyə məcbur edin! Əks halda, ictimaiyyətin qınaq obyekti altında əziləcəksiniz!
(rekord.az)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub