6 yanvar 2014 11:33

Yığmamız Romanı fəth etməyə yollanacaq

2014-cü ilin 23 sentyabr-10 oktyabr tarixi aralığında İtaliyada voleybol üzrə qadınlar arasında dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, mötəbər yarışda milli yığmamız ölkəmizin şərəfini qoruyacaq.
 
Faiq Qarayevin yetirmələri təsnifat mərhələsində uğurla çıxış edərək qrupda birinci yeri təmin edib DÇ-yə vəsiqə qazandılar. Həlledici oyunda hazırkı Avropa çempionu Serbiya yığması üzərində qələbə qazanmış millimiz tarixinin üçüncü mundialına qatılacaq.
 
Hazırda DÇ-nin 24 iştirakçısından 16-nın adı məlumdur: Milli yığmamızla yanaşı, Avropa təmsilçiləri: İtaliya, Rusiya, Almaniya, Türkiyə, Azərbaycan, Belçika, Xorvatiya, Bolqarıstan, Serbiya, Niderland; Asiya təmsilçiləri: Yaponiya, Tailand, Çin, Qazaxıstan; Cənubi Amerika təmsilçiləri: Braziliya, Argentina çempionluq mübarizəsində gücünü sınayacaq. Şimali Amerikadan altı, Afrikadan isə iki komandanın adına yaxınlarda aydınlıq gələcək.
 
Püşkatma iştirakçıların tam müəyyənləşməsindən sonra keçiriləcək. Ancaq bununla belə, bəzi qrupların tərkibi məlumdur. Yığmalar hər birində altı komanda olmaqla, dörd qrupda yarışacaq:
 
А qrupu: İtaliya, Almaniya;
В qrupu: Braziliya, Serbiya, Türkiyə;
С qrupu: Rusiya, Tailand;
D qrupu: Yaponiya, Çin.
 
İlk qrup mərhələsinin bütün oyunları Romada keçiriləcək.
 
Hər qrupdan dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Növbəti mərhələ hər birində səkkiz komanda olmaqla, iki qrupdan ibarət olacaq. Komandalar ikinci mərhələyə bir-birinə qarşı oyunlarda yığdıqları xal ehtiyatı ilə başlayacaq.
 
İkinci qrup mərhələsinin oyunları Triest, Verona, Bari və Modenada keçiriləcək.
 
Üçüncü qrup mərhələsi hər birində üç komanda olmaqla iki qrupdan ibarət olacaq. İkinci qrup mərhələsinin üç ən yaxşı komandası bu mərhələnin iştirakçısı olacaq.
 
Üçüncü qrup mərhələsinin oyunları Milan, Triest, Verona və Baridə keçiriləcək.
 
Üçüncü qrup mərhələsində sonuncu yerləri tutmuş komandalar beşinci yer uğurda mübarizə aparacaq. Ən yaxşı iki komanda isə yarımfinal cütlərinin təşkil edəcək.
 
Pley-off oyunları və final qarşılaşması Milanda baş tutacaq.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub