18 dekabr 2013 00:44
İqtisadçı Srvena Zvezdanı məğlub etdi
Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu Avropa Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, “İqtisadçı” qrupda liderlər sırasına yüksəlmək şansını itirsə də, qrup autsayderi üzərində qələbə qazanıb.
“İqtisadçı” - “Srvena Zvezda” (Serbiya) - 3:1 (27:29, 25:13, 25:13, 25:12)
Yarış cədvəli: “Dinamo” (Moskva, Rusiya) - 13 xal (set fərqi: 14-6), “Pyaçenza” (İtaliya) - 12 (13-5), “İqtisadçı” - 8 (10-12), “Srvena Zvezda” (Serbiya) - 0 (4-18)
