10 dekabr 2013 11:17
Flaqman Qalatasaraydan revanş alacaqmı?
Qadınlardan ibarət “Azəryol” klubu Avropa Çempionlar Liqasındayer aldığı “E” qrupunda bu gün növbəti oyununu çıxacaq. Azerisport.az xəbər verir ki, ölkə voleybolunun bayraqdarı 5-ci turda doğma divarlar arasında Turkiyənin “Qalatasaray” komandasını qəbul edəcək.
Sözügedən kollektivlər arasında İstanbulda keçirilmiş ilk görüş meydan sahibələrinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Sözügedən kollektivlər arasında İstanbulda keçirilmiş ilk görüş meydan sahibələrinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Yarış cədvəli: 1. “Qalatasaray” (Türkiyə) - 10 xal (11-4); 2. “Proseçço Dok-İmoko” (İtaliya) - 7 (10-8 set hesabı); 3. “Azəryol” - 6 (9-9); 4. “Unendo Yamamay” (İtaliya) - 1 (3-12).
