17 oktyabr 2013 21:40

Super Liqanın açılış matçlarında sensasiya olmadı

Bu gün qadın voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 6 komandanın iştirak etdiyi mübarizədə 3 oyun keçirilib.
 
Cari rəqabətin açılış matçında son illərin dəyişməz çempionu “Rabitə” farm-klubu hesab olunan “Telekom”la qarşılaşıb. Angiolino Frigoninin rəhbərlik etdiyi kollektiv gözlənildiyi kimi, asan qalib gəlib.
 
“Dəmiryolçular”ın qarşılaşmasında, “Azərreyl”, Avropa Çempionlar Liqasında mücadilə edəcək “Azəryol”a ciddi müqavimət göstərib. Amma sonda təcrübə öz sözünü deyib.
 
“İqtisadçı” çətinlik çəkmədən “Lokomotiv”i “quru” hesabla üstüləyib. Bu turdan sonra Super Liqada uzun müddətə fasilə yaranacaq.
 
Qeyd edək ki, qadınların ölkə çempionatı yenidən pley-off sisteminə keçib. Yarışda komandaların sayı azaldığından, əvvəlki kimi ilkin mərhələdə 4 dövrəlik sistem qalacaq.
 
Qalib 4 ən güclü klubun 2-ci raundda yeni mübarizəsindən sonra müəyyənləşəcək.
 
Qazanılan xallar olduğu kimi qalacaq: 3:0 və 3:1 hesabı ilə bitən oyunda 3, minimalda (3:2) 2 xal qeydə alınacaq. Uduzan kollektiv bu matçda aktivinə 1 xal yazdıracaq. 
 
Super Liqa, 1-ci tur
17 oktyabr
 
“Rabitə” - “Telekom” - 3:0 (25:19; 25:20; 25:18)
“Azəryol” - “Azərreyl” - 3:2 (18:25; 25:18; 30:28; 21:25; 15:12)
“İqtisadçı” - “Lokomotiv” - 3:0 (25:15; 25:19; 25:22)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub