4 sentyabr 2013 13:32
Azərbaycan dünyada 36-cı oldu
Ümumdünya Voleybol Federasiyası yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yanvar ayında açıqlanan reytinq cədvəli ilə müqayisədə bir pillə geriləyib.
Komandamız yeni açıqlanan siyahıda 36-cı yerdə gedir. Azərbaycan millisinin hesabında 18 reytinq xalı var.
Avropa çempionatının qrup mərhələsində yığmamızın rəqibi olan Rusiya 6-cı (175 xal), Xorvatiya 31-ci (22 xal), Belarus isə 39-cudu (16 xal).
Reytinq siyahısına 320 xalla Braziliya millisi başçılıq edir.
