10 mart 2013 20:30

Rabitə yenə ÇL-də ikinci oldu (YENİLƏNİB)

Bu gün Türkiyənin İstanbul şəhərində voleybolçu qadınlar arasında Çempionlar Liqasına yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin həlledici görüşündə qızıl medallar uğrunda Azərbaycan təmsilçisi də mübarizə aparıb.
 
Belə ki, finalda son ölkə çempionu “Rabitə” Türkiyənin “Vakıfbank” klubu ilə qarşılaşıb. Qeyd edək ki, 2011-ci ildə də yenə də İstanbulda keçirilən finalda da “Rabitə” və “Vakıfbank” qarşılaşmışdı. Həmin vaxt türklər komandamızdan üstün olmuşdular. Bu dəfə “rabitəçilər” həm həmin məğlubiyyətin qisasını almaq, həm də baş mükafata sahib çıxmaq şansı qazanmışdılar. Lakin təəssüf ki, "rabitəçilər" yenə də bu rəqibinə darmadağınla uduzub və gümüş medallarla kifayətlənib.
 
Qeyd edək ki, final matçında öncə üçüncü yer uğrunda görüş keçirilib. Bürünc medallar uğrunda yarımfinalda “Rabitə”yə uduzan İtaliyanın “Yamamay” klubu “Vakıfbank”ın yendiyi digər Türkiyə təmsilçisi “Galatasaray” mübarizə aparıb. Gərgin keçən görüşün yekununda qələbə İtaliya təmsilçisinə qismət olub.
 
Çempionlar Liqası
10 mart
 
3-cü yer uğrunda oyun
Galatasaray – Yamamay - 2:3 (21:25, 15:25, 25:23, 25:22, 11:15)

Final
Rabitə - Vakıfbank - 0:3 (17:25, 20:25, 23:25)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub