11 yanvar 2013 22:15
İqtisadçı Rabitəni məğlub edib, vahid lider oldu
Voleybol üzrə Azərbaycan Super Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Azərreyl” “Telekom” çıxıb. Qarşılaşma birincilərin asan qələbəsi ilə başa çatıb.
Turun mərkəzi oyununda lider “İqtisadçı” son ölkə çempionu “Rabitə” ilə münasibətlərinə aydınlıq gətirib. “İqtisadçılar” bu görüşdən də qalib ayrılıblar. Nəticədə, bu komanda vahid liderliyi ələ alıb.
Nəhayət, turun qapanış matçında “Bakı-Azəryol”lə Lokomotiv” qarşılaşıb. “Dəmiryolçular” da turu qələbə ilə başa vurublar.
Azərbaycan Super Liqası
11-ci tur
11 yanvar
Azərreyl – Telekom - 3:0 (28:26, 25:19, 25:19)
İqtisadçı – Rabitə - 3:2 (26:24, 25:18, 29:31, 20:25, 17:15)
Bakı-Azəryol – Lokomotiv - 1:3 (19:25, 19:25, 25:18, 18:25)
Turnir cədvəli
İqtisadçı - 23 xal (9 oyun, set fərqi - 25-7)
Rabitə - 22 (9, 24-11)
Azərreyl - 21 (7, 22-5)
Lokomotiv - 12 (8, 16-14)
Bakı-Azəryol - 9 (9, 13-19)
Telekom - 3 (9, 3-24)
Lokomotiv-Biləcəri - 0 (8, 1-24)
