21 noyabr 2012 18:06

Rusiya klubu Azərbaycan derbisinin baş tutmasına imkan vermədi (YENİLƏNİB)

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 1/8 final mərhələsi çərçivəsində səfərdə Rusiya klubu ilə oyuna çıxıb.
 
Təmsilçimizin bu mərhələdəki rəqibi “Omiçka” idi. Komandamız Rusiya təmsilçisini doğma meydanda keçirilən ilk oyunda 3:1 hesabıyla məğlub etmişdi. İndi mərhələ adlamaq üçün səfərdə də eyni uğuru təkrarlamaq lazım idi. Lakin təəssüf ki, voleybolçularımız bu çətin vəzifənin öhdəsindən gələ bilməyiblər. Öncə əsas vaxtda, ardından qızıl setdə uduzan təmsilçimiz CEV Kuboku ilə vidalaşıb.
 
Rəqib komandanın düşərgəsində Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın yer alması bu görüşə marağı artıran məqamlardan idi. Hansı ki, “Omiçka”nın zərbə qüvvəsi məhz millimizin voleybolçusu hesab olunur.
 
Maraq üçün xatırladaq ki, "İqtisadçı" 1/16 final mərhələsində Hollandiyanın “Sliedrecht” klubunu mübarizədən kənarlaşdırmışdı. “Omiçka” isə əvvəlki turda Bosniyanın “Yedinstvo” klubundan güclü olmşdu.
 
Daha bir maraqlı məqam ondan ibarət idi ki, “İqtisadçı” mərhələ adlasaydı, 1/4 finalda digər Azərbaycan klubu “Bakı-Azəryol”la üz-üzə gələcəkdi. Lakin "Bakı-Azəryol" növbəti mərhələdə Rusiya klubu ilə üz-üzə gələcək və "İqtisadçı"nın qisasını almağa çalışacaq.
 
CEV kuboku
1/8 final (cavab oyunu)
21 noyabr
 
OMİÇKA - İQTİSADÇI - 3:1 (25:16, 25:18, 20:25, 25:13) (Qızıl set - 15:8)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub