7 noyabr 2012 21:10
İqtisadçı, Azərreyl və Rabitədən qələbə
Voleybol üzrə Azərbaycan Super Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda da 3 görüş baş tutub.
Azərbaycan Voleybol Mərkəzinin meydançasına öncə “Bakı-Azəryol” və “Rabitə” çıxıb. “Rabitəçilər” bu görüşdə qalib gəliblər.
“Azərreyl” “Lokomotiv-Biləcəri” ilə münasibətlərinə aydınlıq gətirib. Birincilər darmadağına seviniblər.
Nəhayət, turun qapanış matçında “İqtisaçdı” “Telekom”la qarşılaşıb. “İqtisadçılar” bu görüşdən qalib ayrılmağı bacarıblar.
Azərbaycan Super Liqası
3-cü tur
7 noyabr
Bakı-Azəryol – Rabitə - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
Azərreyl – Lokomotiv-Biləcəri - 3:0 (25:11, 25:10, 25:12)
İqtisadçı - Telekom - 3:0 (25:22, 25:9, 25:21)
Turnir cədvəlindəki son durum:
İqtisadçı - 9 xal (3 oyun, set fərqi 9-1), Bakı-Azəryol - 6 (3, 7-4), Rabitə - 6 (2, 6-0), Lokomotiv - 3 (2, 4-3), Azərreyl - 3 (2, 4-3), Lokomotiv-Biləcəri - 0 (3, 1-9), Telekom - 0 (3, 0-9).
