31 oktyabr 2012 00:40
İqtisadçının növbəti rəqibi müəyyənləşdi
Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubunun CEV (Avropa Voleybol Konfederasiyası) kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız növbəti mərhələdə Rusiya klubu ilə qarşılaşacaq.
Bu, qonşu ölkənin “Omiçka” klubudu. Hansı ki, sözügedən komandada Azərbaycan millisinin də şərəfini qoruyan Natalya Məmmədova çıxış edir. Bir sözlə, millimizin üzvünü Azərbaycan təmsilçisi ilə qarşılaşma gözləyir.
Maraq üçün bildirək ki, “İqtisadçı” 1/16 final mərhələsində Hollandiya “Sliedrecht”ini hər iki oyunda darmadağın edib. “Omiçka” isə Bosniyanın “Yedinstvo” klubunu səfərdə 3:0 məğlub edib. Bu komandaların cavab görüşü sabah keçiriləcək. Lakin bosniyalıların sensasiyaya imza atması qətiyyən inandırıcı görünmür.
