31 oktyabr 2012 23:25
Bakı-Azəryol Novi Braniki qızıl setdə məğlub edib, 1/8 finala çıxdı (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 1/16 final mərhələsi çərçivəsində səfərdə Sloveniya klubu ilə qarşılaşıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Nova Branik” idi. Komandamız bu rəqibi ilə səfərdə qarşılaşsa da, şansları daha yüksək qiymətləndirilirdi. Xatırladaq ki, paytaxt klubu Bakıda keçirdiyi ilk oyunda bu rəqibini 3:0 hesabıyla darmadağın etmişdi. Təmsilçimiz cavab görüşündə də qələbə qazanaraq, növbəti mərhələyə inamlı şəkildə yüksəlməyi hədəfləmişdi.
Amma görüş komandamız üçün çox çətin alınıb. İlk setdə uduzan "Bakı-Azəryol" növbəti seti qalib başa vurub. Üçüncü və dördüncü setlərdə isə meydan sahibləri qələbəyə sevinən tərəf olublar. Bu üzdən də görüşün taleyi "qızıl set"də həll olunub. Məhz həlledici setdə qalib gələn "Bakı-Azəryol" 1/8 finala vəsiqəni təmin edib.
CEV kuboku
1/16 final (cavab oyunu)
31 oktyabr
NOVA BRANİK - BAKI-AZƏRYOL - 3:1 (25:23, 21:25, 25:17, 25:23) (Qızıl set - 9:15)
