31 oktyabr 2012 00:22
İqtisadçı darmadağınla növbəti mərhələdə! (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 1/16 final mərhələsi çərçivəsində səfərdə Hollandiya klubu ilə oyuna çıxıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Sliedrecht” klubu idi. Komandamız Hollandiya təmsilçisini doğma meydanda keçirilən ilk oyunda darmadağın etmişdi – 3:0. "İqtisadçılar"ın cavab görüşündə də sürprizə imkan verməsi gözlənilmirdi. Belə də oldu. Komandamız bu rəqibi üzərində səfərdə də inamlı qələbə qazanıb və növbəti mərhələyə çıxıb.
CEV kuboku
1/16 final (cavab oyunu)
30 oktyabr
SLIEDRECHT – İQTİSADÇI - 0:3 (12:25, 21:25, 20:25)
