25 oktyabr 2012 19:45
Bakı-Azəryol Nova Branikə qalib gəldi (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 1/16 final mərhələsi çərçivəsində doğma meydanda Sloveniya klubu ilə qarşılaşıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Nova Branik”di. Komandamız bu rəqibi ilə doğma meydanda – Azərbaycan Voleybol Mərkəzində qarşılaşdığından, şansları daha yüksək qiymətləndirilirdi. Gözlənildiyi kimi, təmsilçimiz ilk görüşdə ümidləri doğruldub və sloveniyalıları məğlub yola salıb.
CEV kuboku
1/16 final (ilk oyun)
25 oktyabr
BAKI-AZƏRYOL – NOVA BRANİK - 3:0 (25:22, 25:22, 28:26)
