24 oktyabr 2012 19:52
Azərreyl Almaniya klubu ilə oyunda əzmkar qələbəyə sevindi (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız qrup mərhələsi çərçivəsində evdə Almaniya klubu ilə qarşılaşıb.
Təmsilçimizin ilk rəqibi “Dresdner” idi. Komandamız bu rəqibi ilə doğma meydanda – Azərbaycan Voleybol Mərkəzində qarşılaşdığından, şansları daha yüksək qiymətləndirilirdi. Düzdü, görüşün ilk setini qonaqlar qazanıblar. Amma sonrakı setlərdə toparlanan təmsilçimiz əzmkar qələbəyə sevinib.
Qeyd edək ki, "Azərreyl"in qrupunda bu gün həmçinin Türkiyənin "Eczaçıbaşı” klubu Polşa "Tauron"u ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi
24 oktyabr
AZƏRREYL – DRESDNER - 3:1 (23:25, 25:14, 25:14, 25:17)
