23 oktyabr 2012 19:20
İqtisadçı hollandları ilk oyunda darmadağın etdi (YENİLƏNİB)
Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 1/16 final mərhələsi çərçivəsində doğma meydanda Hollandiya klubu ilə oyuna çıxıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Sliedrecht” klubudu. Komandamız Hollandiya təmsilçisini doğma meydanda qəbul etdiyi üçün, görüşün əsas favoriti sayılırdı. Gözlənildiyi kimi, "iqtisadçılar" bu rəqibini darmadağınla məğlub edib və cavab görüşü öncəsi üstünlük qazanıb.
CEV kuboku
1/16 final (ilk oyun)
23 oktyabr
İQTİSADÇI – SLIEDRECHT - 3:0 (25:17, 25:18, 25:22)
