19 oktyabr 2012 20:46
Rabitə DÇ-də gümüş medalla kifayətləndi (YENİLƏNİB)
Bu gün Qətərin paytaxtı Dohada təşkil olunan qadın voleybolçular arasından klublararası dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, mundialın həlledici görüşündə Azərbaycan çempionu "Rabitə" Braziliyanın "Sollis Osasco" klubu ilə qarşılaşıb.
Çempionatda ikinci dəfə üz-üzə gələcək komandaların bu dəfəki dueli təmsilçimiz üçün revanş xarakteri daşıyırdı. Çünki qrup mərhələsinin ilk oyununda cənubi amerikalılara 1:3 hesabı ilə uduzan voleybolçularımız indi rəqibdən qisas almaq arzusundaydılar. Lakin təəssüf ki, komandamız həlledici görüşdə məğlub olub və gümüş medalla kifayətlənməli olub.
Bu gün həm də üçüncü yer uğrunda Puerto-Rikanın “Lancheras de Catano” klubu Türkiyə "Fenerbahçe"si ilə üz-üzə gəlib. Qardaş ölkə təmsilçisi bu görüşdə qalib gələrək, mundialın bürünc medallarına sahib çıxıb.
Klublararası dünya çempionatı
19 oktyabr
Üçüncü yer uğrunda
Lancheras de Catano – Fenerbahçe - 0:3 (16:25, 17:25, 17:25)
Final
Sollis Osasco - Rabitə - 3:0 (25:16, 25:14, 25:17)
