19 oktyabr 2012 00:01
Super Liqada yeni mövsüm sensasiya ilə başladı
Voleybol üzrə Azərbaycan Super Liqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yeni mövsümün ilk turunda 3 görüş baş tutub.
Yeni istifadəyə verilən Voleybol Mərkəzində baş tutan ilk oyunda “Lokomotiv”lə “Telekom” çıxıb. “Dəmiryolçular” rəqibini darmadağınla yenib.
“Bakı-Azəryol” “Lokomotiv-Biləcəri” ilə görüşüb. Birincilər qələbəyə sevinən tərəf olublar.
Nəhayət, ilk turun mərkəzi görüşündə “İqtisadçı” “Azərreyl”lə qarşılaşıb. “Azərreyl” bu görüşdə favorit göstərilsə də, qarşılaşma “iqtisadçılar”ın gözlənilməz qələbəsi ilə başa çatıb.
Azərbaycan Super Liqası
1-ci tur
18 oktyabr
Lokomotiv - Telekom - 3:0 (25:18, 25:17, 25:13)
Bakı-Azəryol - Lokomotiv-Biləcəri - 3:1 (25:21, 23:25, 25:19, 25:14)
İqtisadçı – Azərreyl - 3:1 (26:24, 22:25, 27:25, 27:25)
