18 oktyabr 2012 00:18
Azərbaycan çempionu DÇ-də Türkiyə klubuna rəqib oldu
Voleybol üzrə Azərbaycan çempionu “Rabitə”nin klublararası dünya çempionatının yarımfinalındakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Qətərin Doha şəhərində keçirilən turnirin 1/2 finalında təmsilçimizi Türkiyə “Fenerbahçe”si ilə sınaq gözləyir.
Qeyd edək ki, qardaş ölkə təmsilçisi öz qrupunu lider kimi başa vurub. “Fenerbahçe” B qrupunda həm “Kenya Prisons”a, həm də “Lancheras de Catano”ya 3:0 hesabıyla qalib gəlib.
Maraq üçün xatırladaq ki, “Rabitə” A qrupunda mübarizə aparırdı və ilk oyununda Braziliyanın “Sollis Osasco” klubuna 1:3 hesabıyla yenilmişdi. Lakin Çin “Bohay Bank”ı üzərindəki 3:1 hesablı qələbə təmsilçimizi ikinci yerlə yarımfinala çıxarmışdı.
Yarımfinal oyunları bu gün keçiriləcək. “Fenerbahçe” – “Rabitə” görüşü ilə yanaşı “Sollis Osasco” da “Lancheras de Catano” ilə qarşılaşacaq.
