18 oktyabr 2012 14:28
Azərbaycan klubları avrokubok oyunlarını yeni Voleyol Mərkəzində keçirəcəklər
Bu gün Azərbaycanda yeni Voleybol Mərkəzi istifadəyə veriləcək. Azerisport.az xəbər verir ki, idman qurğusu Bakının Dərnəgül qəsəbəsində yerləşir.
Qeyd edək ki, üçmərtəbəli arena 2000 azarkeş tutumuna malikdi. Bundan əlavə mərkəzin balansında 6 mərtəbəli otel də inşa olunub. Hansı ki, burda da 60 yer var.
Maraq üçün bildirək ki, Azərbaycan klubları yeni mövsümdən avrokubok oyunlarını da burda keçirəcəklər. Bu gün isə arenada Azərbaycan Super Liqasına start veriləcək. Super Liqada 7 komanda – “Rabitə”, “Azərreyl”, “Lokomotiv”, “İqtisadçı”, “Lokomotiv Biləcəri”, “Azəryol Bakı” və “Telekom Bakı” mübarizə aparacaq. 7 turdan ibarət 4 dövrəlik mübarizə sonucunda ən çox xal toplayan komanda çempion sayılacaq.
