17 oktyabr 2012 18:04
Sabah Azərbaycanda yeni Voleybol Mərkəzi istifadəyə veriləcək
Sabah Azərbaycanda yeni Voleybol Mərkəzi istifadəyə veriləcək. Azerisport.az xəbər verir ki, idman qurğusu Bakının Dərnəgül qəsəbəsində yerləşir.
Mərkəzin açılış mərasimində AVF prezidenti Ziya Məmmədov başda olmaqla, federasiyanın rəhbər işçiləri iştirak edəcəklər. Tədbir saat 14:00-da başlanacaq. Bundan bir saat sonra isə Azərbaycan Super Liqasına çempionatına start veriləcək.
Qeyd edək ki, Super Liqada 7 komanda – “Rabitə”, “Azərreyl”, “Lokomotiv”, “İqtisadçı”, “Lokomotiv Biləcəri”, “Azəryol Bakı” və “Telekom Bakı” mübarizə aparacaq. 7 turdan ibarət 4 dövrəlik mübarizə sonucunda ən çox xal toplayan komanda çempion sayılacaq.
