15 oktyabr 2012 18:59

Azərbaycan çempionu DÇ-yə məğlubiyyətlə başladı (YENİLƏNİB)

Azərbaycanın qadınlardan ibarət “Rabitə” voleybol klubu bu gün klublararası dünya çempionatında ilk matçına çıxıb. Azerisport.az xəbər verir ki, ölkə çempionu start matçında Braziliyanın “Sollis Osasco” klubu ilə qarşılaşıb.
 
Qeyd edək ki, braziliyalılar buna qədər bir oyunlarını keçirmişdilər. Onlar “Bohay Bank” (Çin) ilə qarşılaşmada 3:0 hesablı qələbəyə sevinmişdilər. Bu üzdən təmsilçimiz mərhələ adlamaq üçün bu rəqibini məğlub etməyə borclu idi.
 
Lakin təəssüf ki, "rabitəçilər" bu görüşü məğlub başa vurublar və finala çıxmaq şanslarını çətinə salıblar.
 
Azərbaycan çempionunun qrup mərhələsindəki digər oyunu isə oktyabrın 16-da Çinin “Bohay Bank” komandası ilə olacaq.

Maraq üçün xatırladaq ki, “Rabitə” bu turnirdə titulunu qorumaq üçün mübarizə aparır. “Rabitəçilər” ötən mövsüm dünya çempionatında hamıdan güclü olmuşdular.
 
Klublararası dünya çempionatı
Qrup mərhələsi
15 oktyabr
 
Rabitə - Sollis Osasco - 1:3 (25:22, 20:25, 19:25, 20;25)

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub