14 oktyabr 2012 13:50
Azərbaycan çempionunun rəqibi darmadağına sevindi
Azərbaycan çempionu, qadınlardan ibarət “Rabitə” voleybol komandasının da çıxış etdiyi klublararası dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, turnirin açılış matşında Braziliyanın “Sollis Nestle” klubu “Bohay Bank” (Çin) ilə qarşılaşıb.
Görüş braziliyalıların qələbəsi ilə başa çatıb – 3:0 (25:13, 25:14, 25:20).
Qeyd edək ki, bu komandalar Azərbaycan çempionunun qrup mərhələsindəki rəqibləridi. Baş məşqçi Marçello Abbondanzanın yetirmələri Qətərdə ilk sınağına oktyabrın 15-də çıxacaqlar. A qrupunda yer alan komandamızın ilk rəqibi Braziliyanın “Sollis Nestle” klubu olacaq. Oktyabrın 16-da isə “Rabitə” Çinin “Bohay Bank” komandası ilə üz-üzə gələcək.
