10 oktyabr 2012 14:35
Azərbaycan çempionu sınaq matçında uduzdu
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Bakının qadınlardan ibarət “Rabitə” voleybol komandası klublararası dünya çempionatında iştirak etmək üçün Qətərin Doha şəhərinə yola düşəcək. Azerisport.az xəbər verir ki, “rabitəçilər” səfər öncəsi yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
“Azəryol Bakı” komandası ilə qarşılaşan “Rabitə” rəqibinə 2:3 hesabı ilə məğlub olub.
“Rabitə” növbəti yoldaşlıq bu gü Gənclik Olimpiya İdman Kompleksində “Azərreyl” komandasına qarşı keçirəcək.
