7 oktyabr 2012 01:37
Rabitə Türkiyədə üçüncü oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Rabitə” voleybol klubu Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz Azərbaycan çempionu 4 komandanın qatıldığı yarışda sonuncu oyununu keçirib.
Komandamız son turda yerli “Eczaçıbaşı” ilə münasibətlərinə aydınlıq gətirib. “Rabitəçilər” görüşü 0:3 hesablı məğlubiyyətlə başa vurublar.
Beləcə, “Rabitə” turniri üçüncü yerdə başa vurub. Qeyd edək ki, voleybolçularımız ilk görüşündə Rusiyanın “Dinamo” (Moskva) klubu ilə görüşmüş və məğlub olmuşdu - 2:3. Son dünya çempionu yalnız “Ankara”nı 3:0 hesabıyla məğlub edə bilib.
