6 oktyabr 2012 00:45
Azərreyl Galatasarayı məğlub edib, çempion oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Azərreyl” voleybol klubu Türkiyədə beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, komandamız turnirdə son oyununu keçirib.
Azərbaycan təmsilçisi bu dəfə Türkiyənin “Galatasaray” klubu ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:15, 28:26, 25:21).
Xatırladaq ki, Alessandro Kyappininin komandası bu görüşdən öncə yerli “Yeşil Yurt” üzərində 3:2, Rumıniyanın “Tomis” klubu ilə görüşdə isə 3:0 hesablı qələbəyə sevinmişdi. Beləcə, komandamız bütün görüşlərdə qələbə qazanaraq, növbəti tituluna yiyələnib.
