6 oktyabr 2012 15:05
Rabitə Türkiyədə ilk qələbəsini qazandı
Azərbaycanın “Rabitə” voleybol klubu Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq turnirdə ikinci matçını keçirib. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz Azərbaycan çempionu 4 komandanın qatıldığı yarışın 2-ci turunda yerli “Ankara” ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 3:0
Qeyd edək ki, voleybolçularımız ilk görüşündə Rusiyanın “Dinamo” (Moskva) klubu ilə görüşmüş və məğlub olmuşdu - 2:3. Son dünya çempionu həlledici görüşdə “Eczaçıbaşı” ilə münasibətlərinə aydınlıq gətirəcək.
