5 oktyabr 2012 12:27
Rabitə Türkiyədə məğlubiyyətlə üzləşdi
Azərbaycanın “Rabitə” voleybol klubu Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq turnirdə ilk matçını keçirib. Azerisport.az xəbər verir ki, son illərin dəyişməz Azərbaycan çempionu 4 komandanın qatıldığı yarışın 1-ci turunda Rusiyanın “Dinamo” (Moskva) klubu ilə görüşüb.
Təmsilçimiz bu matçda 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün “Ankara” ilə qarşılaşacaq son dünya çempionu sabah “Eczaçıbaşı” ilə münasibətlərini aydınlıq gətirəcək.
