5 oktyabr 2012 03:02
Azərbaycan klubu Türkiyədə növbəti qələbəsini qazandı
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Azərreyl” voleybol klubu Türkiyədə beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, komandamız turnirdə növbəti oyununu keçirib.
Azərbaycan çempionu bu dəfə Rumıniyanın “Tomis” klubu ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:14, 25:17, 25:21).
Xatırladaq ki, Alessandro Kyappininin komandası bu görüşdən öncə yerli “Yeşil Yurt” üzərində 3:2 hesablı qələbəyə sevinmişdi.
