5 oktyabr 2012 14:56
Sabah yığmamızın AÇ-dəki rəqibləri bəlli olacaq
Sabah qadın voleybolçular arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən tədbirdə Azərbaycan yığmasının da rəqibləri bəlli olacaq.
Faiq Qarayevin yetirmələrinin potensial rəqiblərinin siyahısına gəlincə, bunlar Almaniya, İsveçrə, Serbiya, Türkiyə, İtaliya, Polşa, Rusiya, Belçika, Bolqarıstan, Xorvatiya, Hollandiya və İspaniyadı.
Qalan 3 vəsiqə uğrunda isə Slovakiya, Ukrayna, Belarus, Rumıniya, Fransa və Çexiya mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları Almaniyada keçiriləcək, dördlər finalına isə İsveçrə ev sahibliyi edəcək.
