4 oktyabr 2012 00:36
Azərreyl qələbə ilə başladı
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Azərreyl” voleybol klubu Türkiyədə beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, komandamız artıq turnirdə ilk oyununu keçirib.
Azərbaycan çempionu startda “Yeşil Yurt”la qarşılaşıb. Alessandro Kyappininin komandası bu görüşdən 3:2 hesablı qələbə ilə ayrılıblar.
