2 oktyabr 2012 14:34
Rabitə Dinamo ilə başlayacaq, Eczaçıbaşı ilə bitirəcək
Xəbər verdiyimiz kimi, Azərbaycanın voleybol üzrə “Rabitə” klubu sabah - oktyabrın 3-də Türkiyəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, “rabitəçilər”in İstanbul şəhərinə səfərində məqsəd beynəlxalq turnirdə çıxış etməkdi.
Komandamızın turnirdəki rəqibləri isə əsasən yerli klublar olacaq. Belə ki, “Eczaçıbaşı” və “Ankara” ilə qarşılaşacaq təmsilçimizin daha bir rəqibi Moskva “Dinamo”su (Rusiya) olacaq.
Artıq “Rabitə”nin oyunlarının təqvimi də bəllidi:
4 oktyabr
17:30. Rabitə - Dinamo
5 oktyabr
17:30. Ankara – Rabitə
6 oktyabr
21:00. Eczaçıbaşı – Rabitə
