1 oktyabr 2012 16:05
Rabitə İstanbula beynəlxalq turnirə gedir
Azərbaycanın voleybol üzrə “Rabitə” klubu oktyabrın 3-də Türkiyəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, “rabitəçilər”in İstanbul şəhərinə səfərində məqsəd beynəlxalq turnirdə çıxış etməkdi.
Komandamızın turnirdəki rəqibləri isə əsasən yerli klublar olacaq. Belə ki, “Eczaçıbaşı” və “TED kollecləri” ilə qarşılaşacaq təmsilçimizin daha bir rəqibi Moskva “Dinamo”su (Rusiya) olacaq.
