1 oktyabr 2012 14:53
Bakı təmsilçisi İtaliyaya yola düşdü
Azərbaycanın voleybol üzrə “Lokomotiv” klubu bu gün İtaliyaya yola düşəcək. Azerisport.az xəbər verir ki, “dəmiryolçular”ın Milan şəhərinə səfərində məqsəd beynəlxalq turnirdə çıxış etməkdi.
Turnir oktyabrın 5-də start götürəcək. Komandamızın rəqibləri isə yerli klublar olacaq. Onların arasında “Yamamay”, “Assistel Novara” və “Piacenza” da var.
