1 oktyabr 2012 14:25
Azərbaycan klubu Galatasaray ilə üz-üzə
Azərbaycanın voleybol üzrə “Azərreyl” klubu “Deger Erayber” adlı beynəlxalq turnirdə çıxış edəcək. Azerisport.az xəbər verir ki, turnir oktyabrın 3-5-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Yarışın təqviminə əsasən, Alessandro Kyappininin yetirmələri oktyabrın 3-də Türkiyənin “Yeşil Yurt” klubu ilə üz-üzə gələcək. Bir gün sonra komandamız Rumıniyanın “Tomis” komandası ilə gücünü sınayacaq. Ayın 5-də isə “Azərreyl”i “Galatasaray”la sınaq gözləyir.
