25 sentyabr 2012 16:29
Azərbaycanlı hakim CEV kubokuna təyinat aldı
Beynəlxalq dərəcəli hakim Vüqar Cəfərov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, Vüqar Cəfərov kişi voleybol komandaları arasında keçiriləcək CEV Kuboku yarışlarının 1/16 final mərhələsinin “Krımsod” (Ukrayna) – “Jenois” (İsveçrə) oyununun baş hakimi olacaq.
Oyunun ikinci hakimi isə türkiyəli İlham Şənyurt olacaq.
