24 sentyabr 2012 11:45
Daha bir klubumuz Polşada ən güclü oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Lokomotiv” voleybol klubu Brnoda keçirilən Qran-Pridə qüvvəsini sınayır. Azerisport.az xəbər verir ki, artıq turnirə yekun vurulub.
Məlum olduğu kimi, təmsilçimiz ilk görüşünü Bratislava “Doprastav”ına qarşı keçirmiş və 3:2 hesabıyla qalib gəlmişdi. “Dəmiryolçular” ikinci görüşündə yerli “Kralova Polya”nı məğlub edib – 3:0. Qrup mərhələsindəki son görüşündə isə təmsilçimiz Almaniyanın “Postdam” klubunu üstələmişdi – 3:0.
Yarımfinalda Petr Hilkonun yetirmələri “Olimp”lə (Çexiya) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə başa çatıb. Finalda da “dəmiryolçular”ı Çexiya klubu ilə - “Agel”lə duel gözləyirdi. Voleybolçularımız bu oyunda da qalib gələrək, turnirin qalibi olublar.
