24 sentyabr 2012 11:24
Azərreyl Polşada hamıdan güclü oldu
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Polşanın Vrotslav şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, voleybolçularımız turnirdə son oyunlarını keçiriblər.
Alessandro Kyappinin yetirmələri üçüncü oyununda “Dresdner”lə (Almaniya) münasibətlərinə aydınlıq gətirib. Görüş komandamızın inamlı qələbəsi ilə başa çatıb – 3:0.
Qeyd edək ki, komandamız ilk oyununda Türkiyənin “Fenerbahçe” klubuna qalib gəlmişdi – 3:0. İkinci oyununda təmsilçimiz yerli “İmpel”ə 2:3 uduzsa da, sonda birinci yeri tutub. “Fenerbahçe” ikinci olub.
