24 sentyabr 2012 01:47
Azərbaycan klubu Eczaçıbaşı ilə dueldən məğlub ayrıldı
Xəbər verdiyimiz kimi, Azərbaycanın qadınlardan ibarət “Bakı-Azəryol” voleybol klubu Polşada keçirilən beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, voleybolçularımız turnirdə növbəti oyunlarını keçiriblər.
Aleksandr Çervyakovun yetirmələri son görüşünü Türkiyənin “Eczaçıbaşı” klubuna qarşı keçirib. Görüş qardaş ölkə təmsilçisinin qələbəsiylə başa çatıb – 1:3.
Qeyd edək ki, Azərbaycan təmsilçisi bu turnirdəki ilk oyununda yerli “Lodz”la görüşdə də oxşar hesabla məğlub olmuşdu. Amma ikinci oyununda təmsilçimiz digər Polşa klubu “Pila”ya qalib gəlmişdi – 3:2.
