23 sentyabr 2012 13:36
Paytaxt klubu ilk qələbəsini qazandı
Azərbaycanın qadınlardan ibarət “Bakı-Azəryol” voleybol klubu Polşada keçirilən beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, voleybolçularımız turnirdə ilk oyunlarını keçiriblər.
Aleksandr Çervyakovun yetirmələri startda “Lodz”la qarşılaşıblar. Həmin görüş komandamızın 1:3 hesablı yenilgisi ilə nəticələnib. Amma ikinci oyununda təmsilçimiz digər Polşa klubu “Pila”ya qalib gəlib – 3:2.
