23 sentyabr 2012 12:58
Azərreyl Polşa klubuna məğlub oldu
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Polşanın Vrotslav şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, voleybolçularımız turnirdə növbəti oyunlarını keçiriblər.
Alessandro Kyappinin yetirmələri ikinci oyununda yerli “İmpel”lə üz-üzə gəlib. Polşa təmsilçisi 3:2 hesabıyla qalib gəlib.
Qeyd edək ki, komandamız ilk oyununda Türkiyənin “Fenerbahçe” klubuna qalib gəlmişdi – 3:0.
Yeni mövsümdə Çempionlar Liqası və Super Liqa yarışlarında çempionluğu hədəfləyən Azərbaycan klubu bu turnirdəki növbəti görüşünü “Dresdner”ə (Almaniya) qarşı keçirəcək.
