23 sentyabr 2012 01:43
Azərbaycan klubu qrup lideri oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın “Lokomotiv” voleybol klubu Brnoda keçirilən Qran-Pridə qüvvəsini sınayır. Azerisport.az xəbər verir ki, artıq turnirin qrup mərhələsinə yekun vurulub.
Məlum olduğu kimi, təmsilçimiz ilk görüşünü Bratislava “Doprastav”ına qarşı keçirmiş və 3:2 hesabıyla qalib gəlmişdi. “Dəmiryolçular” ikinci görüşündə yerli “Kralova Polya”nı məğlub edib – 3:0. Son görüşündə isə təmsilçimiz Almaniyanın “Postdam” klubunu üstələyib – 3:0.
Beləcə, Petr Hilkonun yetirmələri qrup mərhələsini lider kimi başa vurub.
