22 sentyabr 2012 01:25
Azərreyl Fenerbahçeni məğlub etdi
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Polşanın Vrotslav şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edir. Azerisport.az xəbər verir ki, voleybolçularımız turnirə qələbə ilə başlayıblar.
Belə ki, Alessandro Kyappinin yetirmələri Türkiyənin “Fenerbahçe” klubu üzərində qələbə qazanıb. Özü də darmadağınla – 3:0 (25:17, 25:16, 25:23).
Qeyd edək ki, yeni mövsümdə Çempionlar Liqası və Super Liqa yarışlarında çempionluğu hədəfləyən klub beynəlxalq turnirdə “Dresdner” (Almaniya) və “İmpel” (Polşa) komandaları ilə də gücünü yoxlayacaq.
