19 sentyabr 2012 17:23
Paytaxt klubu Polşaya yola düşdü
Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarına hazırlıqlara başlayan Bakının qadınlardan ibarət “Azəryolservis” klubu Polşaya yollanıb. Azerisport.az xəbər verir ki, Bakı təmsilçisi Pila şəhərində təlim-məşq toplanışı keçəcək.
Voleybolçularımız hazırlıq çərçivəsində beynəlxalq turnirdə də qüvvələrini sınayacaqlar. Baş məşqçi Aleksandr Çervyakovun yetirmələri sentyabrın 21-23-də keçiriləcək yarışda yerli “PTPS Pila”, “Lodz” və Türkiyənin “Eczaçıbaşı” klubları ilə qarşılaşacaqlar.
Qeyd edək ki, “Azəryolservis”lə yanaşı, Bakının digər komandası “Azərreyl” də Polşadadı.
