18 sentyabr 2012 15:37
Yığmamızın AÇ-dəki rəqibləri oktyabrda bilinəcək
Qadın voleybolçular arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi oktyabr ayında keçiriləcək. Azerisport.az xəbər verir ki, hələlik dəqiq tarix müəyyənləşməyib.
Amma tezliklə püşkün günü də açıqlanacaq. Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycan yığmasının da rəqibləri bəlli olacaq.
